İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ məhkəməsi Trampın qərarlarını qanunsuz saydı – Prezident səlahiyyətini aşmaqda ittiham olunur

Musavat.com xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, Kolumbiya Dairə Məhkəməsi ABŞ prezidenti Donald Trampın Çin mallarına tətbiq etdiyi əlavə gömrük rüsumlarının əksəriyyətini qanunsuz hesab edərək bloklayıb.

Məhkəmə qərarında bildirilir ki, Tramp bu qərarları verərkən prezident səlahiyyətlərini aşaraq hüquqi normativləri pozub.

Söhbət Vaşinqtonun “ədalətsiz ticarət praktikaları” və sintetik opioidlərin təchizatı ilə bağlı narahatlıqlarını əsas gətirərək tətbiq etdiyi rüsumlardan gedir. Məhkəmə qərarı bu rüsumların 14 gün müddətinə dayandırılmasını nəzərdə tutur.

Bu qərar ABŞ-da Tramp administrasiyasının ticarət siyasətinə qarşı irəli sürülən hüquqi etirazların ilk ciddi hüquqi nəticəsi kimi qiymətləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR