İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ məhkəməsi Meksika narkotik karteli milyardlıq təzminat ödəməyə məhkum edib

ABŞ-ın Şimali Dakota federal məhkəməsi doqquz Mormon qadın və uşağının dəhşətli qətlində ittiham olunan Meksikalı narkotik kartelinin qurbanların ailələrinə 1,5 milyard dollar ödəməli olduğu barədə qərar çıxarıb.

Qeyd edək ki, qurbanların ailə üzvləri, “Xuarez” kartelini 2019-cu ilin noyabrında Meksikada terror aktı törətmək ittihamı ilə məhkəməyə müraciət ediblər. Bəhs edilən dövrdə kartel üzvləri maşınlara yüzlərlə atəş açıb, sonra onları yandırıblar.

ABŞ-ın Federal Terrorla Mübarizə Qanununa əsasən, kompensasiyanın məbləği avtomatik olaraq üç dəfə artaraq 4,6 milyard dollara çatacaq.

Hökumət terror təşkilatlarının aktivlərini dondura bilər, lakin ABŞ Maliyyə Nazirliyinin kartelin hər hansı əmlaka sahib olub-olmadığını belə bilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR