Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ və İran İranın nüvə məsələsi üzrə birbaşa danışıqlar aparır.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Ağ Ev sahibi bunu İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonrakı birgə brifinqdə jurnalistlərə deyib: "Bizim İranla birbaşa danışıqlarımız var. Onlar şənbə günü başlayıb. Ümid edirəm ki, bu danışıqlar nəticə verəcək".
O əlavə edib ki, Vaşinqton və Tehran arasında danışıqların əsas raundu şənbə günü, aprelin 12-nə planlaşdırılıb. Amerika liderinin sözlərinə görə, görüş “demək olar ki, ən yüksək səviyyədə” baş tutacaq:
"Biz çox böyük görüş keçirəcəyik və ondan nə çıxacağını görəcəyik. Və məncə, hamı razılaşacaq ki, razılaşmaya üstünlük verilir”.
Musavat.com
08 Aprel 2025
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ