İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la bağlı SENSASİON XƏBƏRDARLIQ

ABŞ Rusiya və Çinlə eyni vaxtda müharibə ehtimalına hazır olmalıdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Strateji Planlaşdırma Komissiyasının 145 səhifəlik hesabatında deyilir.

“Bu gün Birləşmiş Ştatlar bir deyil, iki bərabər nüvə düşməninin meydana çıxması ərəfəsindədir. Onlardan hər biri zərurət yaranarsa, beynəlxalq status-kvonu güc yolu ilə dəyişdirmək ambisiyalarına malikdir. Bu, ABŞ-ın əvvəlcədən görmədiyi bir vəziyyətdir” - deyə hesabat müəllifləri bildirib.

Hesabatda iştirak edən yüksək vəzifəli məmurlardan biri ABŞ-ın hər iki cəbhədə savaşa hazır olduğunu söyləyib. Onun fikrincə, Rusiya və Çin arasında hazırda “maksimum koordinasiya” müşahidə olunur. O, ABŞ kəşfiyyatının iki ölkənin nüvə silahı sahəsində əməkdaşlığından xəbəri olub-olmadığını söyləməkdən imtina edib.

Hesabatın müəllifləri hesab edirlər ki, Çin və Rusiyadan gələn təhdidlər 2027-2035-ci illərdə daha da pisləşəcək, ona görə də qərarlar indi qəbul edilməlidir. Konqresin Strateji Planlaşdırma Komissiyası ABŞ rəsmilərinə büdcə reallıqlarına baxmayaraq, adi silahlar və nüvə silahlarının modernləşdirilməsi proqramlarını genişləndirməyi təklif edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR