Onlayn ictimai-siyasi qəzet
Venesuela kəşfiyyatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Karib hövzəsində ABŞ gəmisinə hücum təşkil edilməsini nəzərdə tutan planını aşkarlayıb.
Musavat.com xəbər verir ki, bu iddia ilə Venesuela prezidenti Nikolas Maduro bu barədə Venesuela televiziya kanalı Venezolana de Televisión-da çıxış edib.
Onun iddiasına görə, plan Trinidad və Tobaqoda hərbi təlimlər zamanı icra olunacaq: "MKİ münaqişənin şiddətlənməsini və qardaş xalqlar (Venesuela və Trinidad və Tobaqo-red.) arasında baş verən toqquşmanı əsaslandırmaq məqsədilə öz gəmilərinə hücum etmək və Venesuelanı günahlandırmaq üçün çirkin bir plan hazırlayıb. Biz Trinidad və Tobaqo xalqına sülh üçün müraciət etmişik. Biz qardaşıq və sülh üçün birləşməliyik və qrinqoların Karib dənizində müharibə başlamasının qarşısını almalıyıq".
Qeyd edək ki, bu, Maduronun Trinidad və Tobaqonun ABŞ Cənub Komandanlığı ilə koordinasiya şəraitində keçirdiyi hərbi təlimlərdən böyük narahatlıq keçirdiyini göstərir. Oktyabrın 26-da Venesuela bu hərbi təlimləri pisləyərək, onları düşmən təxribatı və Karib dənizində sülhə ciddi təhdid adlandırıb.
Musavat.com
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ