İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İsveçin NATO-ya üzvlüyü müqabilində Türkiyəyə "F-16"ları sata bilər

BŞ İsveçin NATO-ya üzvlüyü müqabilində Türkiyəyə "F-16" qırıcıları sata bilər.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Cozef Bayden İsveçin Şimali Atlantika Alyansına daxil olmasını dəstəkləmək üçün Türkiyə ilə razılıq əldə etmək üçün fəal şəkildə çalışır.

Buna qədər ABŞ Konqresi Türkiyənin Yunanıstanla soyuq münasibətləri və Rusiyadan hava hücumundan müdafiə sistemi alması səbəbindən qırıcıların satışına qarşı çıxıb.

Bayden hazırda "F-16"ların Türkiyəyə satışını dəstəklədiyini, lakin Konqresin veto hüququna malik olduğu üçün satışa icazənin onun səlahiyyətində olmadığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR