İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İrandan neft alan Hindistan şirkətinə sanksiya tətbiq edib

Vaşinqton İrandan neft alaraq Çinə satan Hindistan şirkətinə qarşı iqtisadi sanksiya tətbiq edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, sanksiyaya neft məhsullarının satışı üzrə ixtisaslaşan “Tibalaji Petrochem Pvt Ltd” özəl kompaniyası məruz qalıb. Kompaniya Mumbay şəhərində yerləşir.

ABŞ Ticarət Nazirliyinin məlumatına görə, kompaniya İrandan milyonlarla dollar dəyərində neft-kimya məhsulları alaraq Çinə satıb. Bu əməliyyatlar əvvəllər ABŞ-ın sanksiyaları altında olan "Triliance Petrochemical Cj LTD" kompaniyası vasitəsilə həyata keçirilib.

Rəsmi Dehli sanksiyaya hələ reaksiya verməsə də, yaranan vəziyyəti diqqətlə araşdırdığını bildirib. Hindistan xarici işlər nazirinin ötən həftə ABŞ-a səfərindən və səfər əsnasında Dövlət Departamentinin rəhbəri Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşündən dərhal sonra Vaşinqtonun atdığı bu addım Nyu-Dehlinin narahatlığına səbəb olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR