Onlayn ictimai-siyasi qəzet
ABŞ “lazım gələrsə” İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İranın xarici işlər naziri Abbas Əraqçinin əvvəlki hücumdan sonra obyektlərə ciddi ziyan dəyməsi ilə bağlı açıqlamalarından sonra "Truth Social" hesabında yazıb:
"Xarici işlər naziri Abbas Əraqçi İranın nüvə obyektləri ilə bağlı: "Dağıntılar çox ciddidir, onlar dağıdılıb”. Təbii ki, bu, elə mən dediyim kimidir və lazım gələrsə, biz bunu yenidən edəcəyik!".
Tramp həmçinin CNN kanalını “saxta müxbirini” işdən çıxarmağa və yazdıqlarına görə nüvə obyektlərini məhv edən ABŞ prezidenti və Hərbi Hava Qüvvələrinin pilotlarından üzr istəməyə çağırıb.
Bundan əvvəl Əraqçi "Fox News kanalına müsahibəsində bildirmişdi ki, hazırda ölkədə uranın zənginləşdirilməsi aparılmır, çünki Amerikanın zərbələri “ciddi ziyana” səbəb olub. Bununla belə, Tehran, onun sözlərinə görə, zənginləşmədən əl çəkmək niyyətində deyil və bunu milli qürur məsələsi hesab edir.
Xatırladaq ki, CNN ABŞ kəşfiyyatının endirilən zərbələrin İranın nüvə obyektlərinə ciddi zərər vermədiyi qənaətinə gəldiyinə dair məlumat yaymışdı.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ