İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İrana çağırış etdi: etirazçıları azad edin!

ABŞ İranı bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O, ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasını xatırladıb: “Bu, cəsur iranlı qadınlara dəstək məqsədilə edilib. Onların hüquqları uğrunda mübarizə davam edir”.

Xatırladaq ki, İranda küçə etirazları təxminən 3 aydır ki, səngimir. İğtişaşlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR