İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ iqtisadiyyatının 80 faizində işgüzar aktivlik altı aylıq rekorda çatıb

ABŞ iqtisadiyyatından pozitiv siqnalların axını davam edir. Belə ki, Təchizat İdarəetmə İnstitutunun (ISM) məlumatına əsasən avqustda ABŞ-ın xidmət sektorunda (ISM Non Manufacturing) işgüzar aktivlik indeksi iyuldakı 52,7 bənddən 54,5 bəndədək artıb. Beləliklə, bu göstərici son altı ayda maksimum həddə çatıb.

Maraqlıdır ki, Trading Economics ekspertləri indeksin 52,5 bəndə qədər azalacağını proqnozlaşdırmışdılar.

Qeyd edək ki, indeksin 50 baldan yuxarı olması xidmətlər sektorunda işgüzar aktivliyin artdığını, aşağı olması isə onun zəiflədiyini göstərir. Artıq 8 aydır göstərici 50 bənddən yuxarı qalır.

Avqustda ABŞ-da yeni sifarişlər altindeksi əvvəlki aydakı 55 bənddən 57,5 bəndə, yeni ixrac sifarişləri 61,1 bənddən 62,1 bəndədək yüksəlib.Həmçinin müəssisələrin fəallıq göstəricisi 57,1 bənddən 57,3 bəndədək, məşğulluq göstəricisi isə 50,7 bənddən 54,7 bəndədək artıb.

"Respondentlər arasında əhval-ruhiyyə sahədən asılı olaraq dəyişir. Bununla belə, respondentlərin əksəriyyəti biznes və iqtisadi şərtləri müsbət qiymətləndirir", - ISM Services biznes araşdırma komitəsinin rəhbəri Entoni Neaves bildirib.

ISM aktivlik indeksini ABŞ ÜDM-nin təxminən 90 faizini təşkil edən və ölkənin məşğul vətəndaşlarının təxminən 80 faizinin işlədiyi xidmət sənayesinin 62 seqmentindəki şirkətlərin məlumatları əsasında hesablayır.

Qeyd edək ki, ABŞ iqtisadiyyatından alınan müsbət xəbərlər xammal bazarlarında Çin iqtisadiyyatındakı problemlərin yaratdığı neqativ əhval-ruhiyyəni kompensasiya etməklə qiymətlərin kəskin enişinin qarşısını alır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR