İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ institutu: “Ukraynanın uğurlu əks-hücum əməliyyatı Rusiyanın hərbi komandanlığında dəyişikliklərə səbəb olacaq”

Ukraynanın uğurlu əks-hücum əməliyyatı Rusiyanın hərbi komandanlığında dəyişikliklərə səbəb olacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı ordu generalı Valeri Gerasimov Prezident Vladimir Putinlə birlikdə Ukraynanın işğal olunmuş ərazilərinə səfər etməyiblər: “Bu, Kremlin müharibənin yeni mərhələsi üçün yeni komandirlər təyin etməli olduğuna işarədir”.

Qərb analitiklərinin fikrincə, Rusiyanın hücumundakı uğursuzluqlar V.Putini məsuliyyətini hərbi rəhbərliklə bölüşməyə vadar edə bilər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

V.Putin aprelin 18-də Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətinə səfər edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR