İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın yeni sanksiyaları Rusiyada 200 fiziki və hüquqi şəxsə təsir edəcək

ABŞ-ın bu həftə tətbiq etməyi planlaşdırdığı yeni sanksiyalar Rusiyada təxminən 200 hüquqi və fiziki şəxsi əhatə edəcək.

"Report" xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbəyə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ-ın sanksiya siyahısına qubernatorlar və Rusiya rəsmilərinin ailə üzvləri daxil ediləcək.

Bundan əlavə, hərbi-sənaye kompleksinə daxil olan şirkətlərə, müəssisələrə, firmalara, həmçinin sanksiyalardan yayınmada iştirak etdiyi iddia edilən şəbəkələrə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.

ABŞ Maliyyə Nazirliyinin bu həftə Rusiya üçün yenilənmiş sanksiyalar siyahısını təqdim edəcəyi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR