ABŞ-ın Yəməndə husilərə qarşı həyata keçirdiyi hava hücumları nəticəsində ölənlərin sayı 31-ə yüksəlib, yaralıların sayı isə 100-ü ötüb.
Musavat.com xəbər verir ki, bu barədə husilərin Səhiyyə Nazirliyinə istinadən "Al Arabiya" məlumat yayıb.
Məlumata görə, ABŞ-ın son zərbələri husilərin hərbi infrastrukturuna, xüsusilə də Yəmənin Taiz şəhərinə yönəlib.
Husi hərəkatının siyasi bürosu məsələ ilə bağlı Al-Masirah telekanalında bəyanat yayıb:
"Yəmən silahlı qüvvələri eskalasiyaya eskalasiya ilə cavab verməyə tam hazırdır".
Son hadisələr bölgədə gərginliyi daha da artırıb və ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarına dair ciddi suallar doğurub.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ