Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ohayo ştatının "Buckeyes" futbol komandasının çempionluq kubokunu əlindən salaraq qırıb.
Musavat.com xəbər verir ki, komanda 2024-cü il milli çempionatında qalibiyyəti qeyd etmək üçün öz kubokunu Ağ Evə gətirib.
Ohayo ştatından olan və həmin ştatın universitetinin məzunu olan vitse-prezident Cey Di Vens fotosessiya zamanı kuboku qaldırmağa çalışsa da, bu, alınmayıb. Kadrlardan görünür ki, qızıl, bürünc və paslanmayan poladdan hazırlanan 35 funt (təxminən 16 kq) ağırlığında olan kuboku komandanın ulduz oyunçusu Treveyon Henderson xilas edib.
Daha sonra Vens sosial şəbəkə “X”də zarafatla bildirib: “Mən istəmirdim ki, Ohayo ştatından sonra bu kuboku kimsə əldə etsin, ona görə də onu sındırmaq qərarına gəldim”.
Musavat.com
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ