Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan və ABŞ arasında əməkdaşlıq çərçivəsində nadir torpaq elementlərinin geoloji kəşfiyyatı üzrə yeni layihəyə start verilib.
Musavat.com xəbər verir ki, Kostanay vilayətində yerləşən "Akbulak" yatağında aparılacaq kəşfiyyat işləri neodim, disproziy və terbiy kimi nadir torpaq elementlərini əhatə edir. İlkin proqnozlara əsasən, burada 349 min ton ehtiyat mövcuddur.
Layihə, ABŞ payının 75% olduğu birgə müəssisə tərəfindən həyata keçirilir.
Bu addım Qazaxıstanın "filiz – maqnit – texnologiya" zəncirini tam formalaşdırmaq strategiyasında əhəmiyyətli mərhələ hesab olunur. Bu barədə Nezavisimaya qazeta məlumat yayıb.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ