İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın ticarət kəsirində ciddi azalma

ABŞ-ın ticarət kəsiri iyulda əvvəlki ayla müqayisədə 2 faiz artaraq 65 milyard dollara çatıb. Bu barədə ölkənin Ticarət Nazirliyindən bildirilib.

Yenidən işlənmiş məlumatlara əsasən, iyun ayında mənfi ticarət saldosu əvvəllər elan olunduğu kimi 65,5 milyard dollar deyil, 63,7 milyard dollar təşkil edib.

“Trading Economics”in məlumatına görə, analitiklər orta hesabla iyulda kəsirin iyun ayında elan edilmiş səviyyədən 68 milyard dollara qədər, yəni 3,8 faiz artacağını proqnozlaşdırıblar. İyulda ixrac 1,6 faiz artaraq 251,7 milyard dollara çatıb ki, bu da dörd ayda maksimum həcmdir. Bura avtomobillərin, yük maşınlarının və avtobusların, neftin, əczaçılıq məhsullarının ixracı da aiddir.

İdxal 1,7 faiz artaraq 316,7 milyard dollara çatıb, xüsusən də telefonların, yarımkeçirici komponentlərin və kompüterlərin alışının artması hesabına. Əmtəə ticarətində kəsir keçən ay 2 milyard dollar artaraq 90 milyard dollara çatıb, xidmətlər sahəsində profisit isə 0,7 milyard dollar artaraq 25 milyard dollar olub.

Çinlə ticarət kəsiri 1,2 milyard dollar artaraq 24 milyard dollar, Honq-Konqla isə 1 milyard dollar azalaraq 1,5 milyard dollar olub.

Yanvar-iyul aylarında ABŞ-ın xarici ticarət kəsirinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz azalıb. Bu zaman ixrac 1,6 faiz artıb, idxal 4,3 faiz azalıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR