İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın son sanksiyaları Rusiyanın neft ixracını nə qədər azaldıb?

ABŞ-ın Rusiyanın neft ixracına yönəlik yeni və daha sərt sanksiyaları bu ölkədən xammal ixracının ciddi şəkildə azalmasına səbəb olub. Musavat.com xəbər verir ki, məlumatı Rusiya Energetika və Maliyyə İnstitutunun (IEF) Telegram kanalı yayıb.

Məlumata görə, əgər 2024-cü ilin dekabr ayının son həftəsində Rusiyadan dəniz yolu ixracın həcmi 4,8 milyon ton olubsa, yanvarın ortalarında bu həcm 800 min ton azalaraq 4 milyon ton təşkil edib. Üstəlik, xammalın 7,5 faizi 2025-ci il yanvarın 10-da ABŞ hakimiyyətinin genişləndirilmiş sanksiyalar siyahısına daxil edilmiş tankerlərlə daşınıb. Ötən ilin sonunda bu göstərici 31 faiz və ya 1,5 milyon ton olub.

Eyni zamanda, yanvarın 13-dən 19-dək sanskiya tətbiq olunmayan tankerlərlə daşımaların həcmi 15,6 faiz artıb. İnstitut ekspertlərinə görə, bu, Rusiya neft ixracatçılarının tədricən yeni reallıqlara uyğunlaşmasından xəbər verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR