İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın sanksiya sırası Gürcüstana çatdı: 4 hakim haqqında qərar verildi - SƏBƏB

Gürcüstanın dörd hakimi korrupsiya əməllərində iştirakına görə ABŞ-ın sanksiyalarına məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlamasında deyilir.

Qeyd olunub ki, hakimlər Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valeriana Tsertsvadzeyə qarşı sanksiya tətbiq edilib.

“Adları çəkilən hakimlər Gürcüstanın məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi vəzifələrindən sui-istifadə edərək, bununla da Gürcüstanın qanunun aliliyinə və məhkəmə sisteminə ictimai etimadı zədələyiblər”, - Blinken bildirib.

Sanksiyaya məruz qalan hakimlər Mixail Saakaşvilinin prezidentliyi dövründə məhkəmə sistemində yüksək vəzifələr tutub, həm də indiki hakimiyyətdə işləyirlər.

Gürcüstanın Apellyasiya Məhkəməsinin ömürlük hakimi Murusidze Dövlət Departamentinin qərarını Gürcüstan məhkəməsini və ədalətini ABŞ-a tabe etmək cəhdi adlandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR