İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın “Qafqaz canişini” Bakıda - Vaşinqtondan yeni həmlə

Vaşinqtonun elçisi İrəvanda rəsmi Bakının “qırmızı xətti” olan Qarabağ mövzusunu müzakirə etməməlidir; Brüssel prosesi tormozlandığı üçün Amerika yəqin ki, təşəbbüsü öz üzərinə götürmək istəyəcək 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib. “Yeni Müsavat” bildirir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirilib. Riker həmçinin “ABŞ-ın Minsk Qrupundakı həmsədri” titulunu da daşıyır. Riker İrəvana “ABŞ-ın Minsk Qrupundakı həmsədri” olaraq gəlsə də, Bakıda o, sadəcə, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi kimi qarşılanır.

Bu, Rikerin Bakıya ikinci səfəridir. Maraqlıdır ki, amerikalı diplomat Ermənistanın 13-14 sentyabr tarixlərində sərhəddə törətdiyi təxribat günlərində də İrəvanda və Bakıda səfərdə idi.  Təxribat baş verəndən dərhal sonra isə ABŞ səfirliyi təxribatı törədən Ermənistanı qınamaq əvəzinə, Azərbaycana qarşı qərəzli, ermənipərəst, aşkar şəkildə tərəf tutan açıqlama yaymışdı. Hadisələr səngiyən kimi - sentyabrın 15-də isə ABŞ Dövlət Departamenti bəyanat yayaraq “Bakı ilə İrəvan arasında dialoqu dəstəkləməyə hazırıq” dedi. Dövlət başçısı İlham Əliyev isə Rikeri Bakıda qəbul edən zaman Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etmişdi.

Bakıya budəfəki gəlişindən öncə - noyabrın 16-da ABŞ Senatının Xarici münasibətlər komitəsində müzakirələrdə Filip Riker deyib ki, Minsk Qrupu ATƏT-in mandatı ilə yaradılıb və hazırda o “fəaliyyət göstərmir”. O xatırladıb ki, fransız həmkarı və digər maraqlı tərəflərlə əlaqə saxlayır, lakin Azərbaycan artıq Minsk Qrupu ilə heç bir işi olmayacağını bildirib. Səfir Riker deyib ki, “konsensus əsasında biz bu mandatı ləğv edə bilərik, çünki ABŞ tərəflərin özləri ilə sülh danışıqlarında birbaşa iştirak edir”.

Lakin Vaşinqtonun regiona və münaqişəyə baxışı Bakı üçün heç də məqbul və konstruktiv deyil. Amerikalı diplomat İrəvana son səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla da görüşüb. Mirzoyan Rikerlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə yanaşı, Qarabağ mövzusunu da müzakirə edib. Əlbəttə ki, Riker səfər çərçivəsində istədiyi erməni rəsmisi ilə görüşə bilər, lakin istədiyi mövzunu müzakirə edə bilməz. Xüsusilə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olan bir ölkə indiki məqamda İrəvanda rəsmi Bakının qırmızı xətti olan Qarabağ mövzusunu müzakirə etməməlidir.

Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir və bu mövzu üçüncü ölkələrin müzakirə predmeti ola bilməz. Rikerin budəfəki səfəri də Azərbaycan-Ermənistan  münasibətlərinin gərgin dövrünə təsadüf edir. Baş nazir Paşinyanın “Makronsuz danışıqlarda iştirak etmirəm” deməsi ilə  ABŞ-ın dəstəklədiyi Brüssel prosesi tormozlandı. İndi Amerika yəqin ki, təşəbbüsü öz üzərinə götürmək istəyəcək, Qərb mandatı altında hansısa danışıqlara cəhd edəcək. Amma bu imitasiya xarakterli danışıqların hansısa nəticə verəcəyi şübhəlidir. O halda Brüssel və ABŞ-ın danışıqların bərpası üçün yeni həmləsi nə olacaq? Ümumiyyətlə, Ağ Ev Bakı ilə İrəvanın sülh müqaviləsi imzalamasını istəyirmi və necə bir sənəd təsəvvür edir? Brüssel formatının iflas etdiyi vaxtda Rusiya ABŞ-ın vasitəçiliyi ilə hər hansı sazişin bağlanmasına necə münasibət sərgiləyəcək?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyanın “İlham Əliyevlə görüşlərdə Fransa Prezidenti Emmanuel Makron da iştirak etsin” tələbinin arxasında həm də İrəvanın Minsk Qrupu həmsədrlik institutunu yenidən canlandırmaq istəyi ilə bağlıdır: “Hazırda Rusiya və ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçi kimi çıxış edir, keçmiş həmsədrlərdən bircə Fransa yoxdur. Ona görə də Paşinyan müttəfiqini də prosesə qatmağa çalışır ki, keçmiş üçlük bərpa olunsun. Ancaq biz "yox" deyəndən sonra Fransanı zorla masada oturtmaq mümkün deyil. İkinci Qarabağ müharibəsindən sonra Fransanı faktiki Avropa İttifaqı əvəz edib və bu daha faydalı formatdır, Şarl Mişel birliyə daxil olan bütün ölkələri təmsil edir".

Ekspertin fikrincə, Brüssel və Vaşinqtonun il ərzində Azərbaycanla Ermənistan arasında artan vasitəçiliyi Kremli narahat etməyə bilməz: “Odur ki, Rusiya Prezidenti Vladimir Putin təşəbbüsü yenidən ələ almağa çalışır. Onun Azərbaycan Prezidenti İlham Əliyevə zənginin əsasında məhz bu amil dayanır. Fransa Prezidenti Emmanuel Makronun özünü Avropa İttifaqının vasitəçiliyinə dürtməsi Brüsselin fəallığını heçə endirir. Çünki İlham Əliyev doğru olaraq Makronun vasitəçiliyini qəbul etməyəcək. Bu məqamdan Putin istifadə etməyə çalışacaq. Ancaq Makron kimi Putinin fəallığının da bizə faydası yoxdur. Kreml sahibinin bizə faydası olsaydı, Ruben Vardanyanı Qarabağa göndərməzdi, separatçılar tərk-silah olunardı, rusiyalı hərbçilər Qarabağdakı məntəqələri qanuni adı ilə çağırardılar, daha "Mardakert", "Martuni" ifadələrindən istifadə etməzdilər".

Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə  müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi - AZƏRTAC

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, son zamanlar Azərbaycan-Ermənistan sərhədində və Qarabağda iki ölkə arasında baş verənlər Cənubi Qafqazın müharibənin bir addımlığında olmasının göstəricisidir: “Bu fonda, region dövlətlərinin susqunluğu və eskalasiyanın qarşısını almaması, bunun əksinə olaraq Aİ və ABŞ-dan xüsusi nümayəndələrin Bakıya təcili danışıqlar üçün eyni vaxtda gəlmələri diqqətdən yayınmamalıdır. ABŞ ilin sonuna qədər Bakı və İrəvan arasında hansısa sənədin imzalanmasını istəyir. Son 20 ildə ilk dəfə olaraq ABŞ administrasiyaları içərisində məhz Blinkenin komandasının Cənubi Qafqazda bu qədər aktivləşməsi, əlbəttə ki, qeyd edilməlidir. Təbii ki, okeanın o tayı Rusiya və İran prizmasından məsələlərə baxaraq aktivlik nümayiş etdirir və tərəfləri sülhə səsləyir”.

Analitik hesab edir ki, sülhün əldə edilməsi üçün ilk və əsas şərt Ermənistanın Qarabağ məsələsində manipulyasiyadan əl çəkməsidir: “İndiki halda Paşinyanın "Qarabağ Azərbaycanın ərazisinə daxildir" ifadəsini işlətməsi gözlənilən deyil. Bu fonda, Vardanyanın Xankəndində peyda olması, onunla  "sülh qurucuları" arasındakı isti münasibətlər, Müdafiə Nazirliyinin son bir neçə gündə hər gün toponimlərlə bağlı etiraz etməsi diqqətlərdən yayınmamalıdır. Hər halda, hazırda bölgə ətrafında baş verən hadisələr, qonşu dövlətlərdə siyasi hakimiyyətlərin ömürləri ilə bağlı gözləntilər, gələcəkdə Qərb-İran, Qərb-Rusiya münasibətlərində digər ssenarilər Xankəndi və ətrafı məsələsində bəzi addımların atılmasını tələb edir. Lakin ABŞ və Aİ nümayəndələrinin son səfərləri müəyyən məsələlərlə bağlı hələ ki gözləyəcəyimizə dəlalət edir. Seçim Paşinyanındır. Məsuliyyət onundur".

Emil SALAMOĞLU  
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR