İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın növbəti qərəzli hesabatı- Artıq buna inanan yoxdur, çünki...

ABŞ Dövlət Departamenti aprelin 22-də 2023-cü il üçün dünyada “insan haqlarının vəziyyəti”nə dair illik hesabatı açıqlayıb.

Hesabatın Azərbaycana aid bölümündə yenə də qərəz dolu məlumatlar dərc olunub.

ABŞ-ın 2-ci, 3-cü dərəcəli diplomatlarının hazırladığı qərəzli hesabatda sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan bəhs edilir.

Departament hesabatında vurğulayır ki, bunun nəticəsində demək olar bütün erməni əhali bölgəni tərk edib. Eyni zamanda burada məhbuslara qarşı pis rəftardan, ifadə və media azadlıqlarının sərt məhdudlaşdırılmasından və sairə də danışılır.

Dövlət Departamenti: ABŞ İrandakı amansız rəftarı ən kəskin şəkildə pisləyir

30 il ərzində güllə altında Qarabağdan çıxmağa məcbur qalan, yaxınlarını, ailə üzvlərini itirən Azərbaycan vətəndaşları ABŞ-ın yadına düşmədiyi halda bu gün ermənilərin hüquqlarından danışırlar.

Sənəddə vurğulanır ki, 2020 və 2022-ci illərdə Azərbaycan ordusu tərəfindən törədildiyi iddia edilən hadisələrin araşdırılması barədə heç bir hesabat verilməyib.

Beynəlxalq insan haqları təşkilatı – Amnesty International “Dünyada insan haqlarının vəziyyəti 2024” adlı növbəti illik hesabatını açıqlayıb.

Hesabatın Azərbaycana aid hissəsində Qarabağın etnik erməni əhalisinin bölgəni bütünlüklə tərk etməsindən, hökumətin ifadə azadlığı üzərinə hücumlarının intensivləşməsindən, etirazların boğulmasından, müstəqil media və təşkilatlara basqılardan, jurnalist və fəalların həbslərindən söhbət açılır.

Bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır.

ABŞ-dan Azərbaycan məmurlarına sanksiya təklifi: Təzyiq, yoxsa cəza?

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi ABŞ kimi imperialist dövlətlərin yuxusuna haram qatıb.

Xüsusilə də sülh adı altında Qafqaza girmə cəhdləri puç olan, münaqişəni alovlandırma istəkləri ürəklərində qalan dövlətlər indi Azərbaycana, Türkiyəyə qarşı müxtəlif qarayaxma kampaniyaları aparırlar. Ümumiyyətlə, ABŞ-ın hər il özündən xəbərsiz hazırladığı bu hesabat artıq ciddi qəbul edilmir. Çünki ABŞ-ın bu cür hesabatları real vəziyyəti əks etdirməkdən çox, digər ölkələrə təzyiq aləti kimi istifadə olunur.

Amerikada oturanlar dünyanın müxtəlif yerlərində olan vəziyyəti necə təhlil edirlər?

Çox sadə və qərəzli. Belə ki, 2-ci və 3-cü dərəcəli ABŞ diplomatları otururlar kompüterin qarşısında, sosial medianın ölkələrə aid seqmentində yayılan məlumatları, mediadakı neqativ yazıları (çoxu elə özlərinə bağlı mediadır) istifadə edib, heç bir dəqiqləşdirmə aparmadan hesabat hazırlayırlar. Təbii ki, bu, heç bir peşəkarlığa sığmır. Əgər ABŞ dünyada insan haqları sahəsinə “nəzarət” rolunu üzərinə götürürsə, əvvəla sosial mediada yayılan, çox vaxt həqiqəti əks etdirməyən və təsdiqlənməyən şayiə və dedi-qodulara yox, təsdiqlənmiş real məlumatlara əsaslanmalıdır.

Nədənsə digər ölkələrdəki vəziyyətə dair “hesabat” hazırlayan ABŞ öz daxilindəki durumu açıqlayan məlumat paylaşmır. Halbuki ən çox rasizm, islamafobiya, miqrantların hüquqlarının pozulması halları ABŞ-da yaşanır. ABŞ-da türmələrdə də zorakılıq hallarına dair kifayət qədər məlumatlar var.

ABŞ-da cinayətkarlığın, dini və etnik zəmində qətllərin nisbəti son illərdə durmadan artır. Yalnız 2021-ci ildə qətllərin sayı 7 faiz, 2022-ci ildə isə 9 faiz artıb. FTB-nin hesabatına görə 2021-ci ildə nifrət cinayətlərinin qurbanlarının 64,5 faizi irqi qərəz, etnik mənsubiyyət və ya mənşəyə görə qərəzlilik səbəbindən törədilib. Eyni zamanda öldürülənlərin 14,1 faizi sırf dini nifrət üzərindən , dini mənsubiyyətinə görə öldürülənlər olub. Qətllərin yarıdan çoxu isə antisemitizm və islamafob təzahürlüdür.

Onu da qeyd edək ki, Türkiyə XİN ABŞ Dövlət Departamentinin açıqladığı 2023-cü il İnsan Haqları Hesabatı ilə bağlı yazılı açıqlama yayıb.

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın qərarını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin dərc etdiyi 2023-cü il insan haqları hesabatında Türkiyəyə qarşı əsassız ittihamlara cavab olaraq bildirib:  “Biz bir daha ABŞ-ni özünün insan haqları vəziyyətinə diqqət yetirməyə və insan haqlarından danışaraq terror təşkilatları ilə tərəfdaşlıq mövzusunda ikili standartlar siyasətinə son qoymağa çağırırıq”.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 22-də ABŞ Dövlət Departamentinin dərc etdiyi və 200-ə yaxın ölkə ilə bağlı fəsillərin yer aldığı 2023-cü il üzrə İnsan Haqları Hesabatında, əvvəlki illərdə olduğu kimi, Türkiyə ilə bağlı əsassız ittihamlar, real olmayan məlumatlar və qərəzli şərhlər yer alıb.

Xarici İşlər Nazirliyi “terror təşkilatları ilə əlaqəli dairələrin mənşəyi qeyri-müəyyən olan ittihamlar və ritorika əsasında hazırlanmış” builki hesabatın nəzərə alınmadığını vurğulayır: “Ölkəmiz üzləşdiyi çoxşaxəli və ciddi terror təhlükələrinə baxmayaraq, demokratiya, insan haqları, qanunun aliliyi və hüquq prinsiplərinə qətiyyətlə sadiq qalır”

XİN qeyd edir ki, bu hesabat qərəzsizlik və obyektivlikdən uzaq siyasi məqsədlərlə hazırlanıb.

Bu gün Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə qıcıqlanan dövlətlər bir araya gəlib ABŞ-dakı vəziyyətə dair də hesabat hazırlamalıdır. Yuxarıda qeyd etdiklərimiz hələ ABŞ-dakı durumu əks etdirən çox kiçik bir haldır. Ermənilərin hüquqlarından danışan amerikanlar bu gün Qəzza hadisələri barədə susurlar. Əslində, susmaları da normaldır. Çünki özləri İraqda, Əfqanıstanda demokratiya adı altında dünya cinayətləri törədiblər. ABŞ-ın 4  ildə İraqın başına gətirdiyinin kiçik statistikasına nəzər salaq: Öldürülən günahsız iraq vətəndaşları: 1,2 milyondan çox (2003–2007). Ölkədən qaçan vətəndaşlar: 3,7 milyon (2003–2007).
Ailə üzvlərindən ən azı birini itirən iraqlı sayı: 8–12 milyon.

Artıq şərhə gərək yoxdur...

Qafar Səfərli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR