İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın keçmiş səfiri Kubanın agenti çıxdı

ABŞ-ın Boliviyadakı keçmiş səfiri Manuel Roça Kuba hökumətinin agenti olmaq ittihamı ilə həbs edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 73 yaşlı Manuel Roça Mayamidə saxlanılıb.

İşlə bağlı daha ətraflı məlumatın bu gün məhkəmə iclasında açıqlanacağı gözlənilir. Mənbələrdən biri bildirib ki, Roça Kuba hökumətinin maraqlarını təbliğ etməkdə günahlandırılır. Federal qanun ABŞ ərazisində xarici hökumət və ya təşkilat üçün siyasi iş görən şəxslərin Ədliyyə Departamentində qeydiyyatdan keçməsini tələb edir.

Roçanın 25 illik diplomatik karyerasının böyük hissəsi "Soyuq müharibə" dövründə Latın Amerikasında keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR