İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın keçmiş prezidentində bu xəstəlik aşkarlandı

ABŞ-ın keçmiş Prezidenti Bill Klinton koronavirusa yoluxub.

Musavat.com xəbər verir ki, bu barədə sabiq dövlət başçısının özü tviterdə yazıb.

O qeyd edib ki, xəstəliyin cüzi simptomları var:

"Özümü yaxşı hiss edirəm. İşlərimi evdən davam etdirirəm”, - o bildirib.

B.Klinton həmçinin koronavirusa qarşı peyvənd olunduğunu da xatırladıb: “Hətta buster dozanı da vurdurmuşam”.

Qeyd edək ki, B.Klinton 1993-2001-ci illərdə ABŞ-ın Prezidenti olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR