Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Kaliforniya ştatının Tulare dairəsində atışma baş verib, azyaşlı uşaq da daxil olmaqla altı nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Atışma Qoşendəki evlərdən birində qeydə alınıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə 5 ölü aşkar ediblər.
Polis hadisə yerindən qaçan iki şübhəlini axtarır.
Hüquq-mühafizə orqanlarına görə, evə hücum təsadüfi olmayıb və cinayətkar dəstələrin fəaliyyəti ilə bağlı ola bilər.
11 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ