İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın ərazi bütövlüyü təhlükədə - Texas müstəqil dövlət olacaq?

Respublikaçılar Texas ştatında ABŞ-dan ayrılmaq tələbləri səsləndirir və 2023-də referendum keçirilməsinə çağırır - 2 şərh

Texas ştatında ABŞ-dan ayrılmaq tələbləri səslənib. Belə ki, Respublikaçılar Partiyasının Texas ştatındakı nümayəndələri Hyuston şəhərində keçirilən qurultayda ştatın ABŞ-ın tərkibində qalıb-qalmaması ilə bağlı 2023-cü ildə referendum keçirilməsini tələb ediblər.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. “Texas Konstitusiyasının 1-ci Bölməsinin, 1-ci maddəsinə əsasən, federal hökumət yerli idarəetmə hüququmuzu pozur. Texasın ölkə konstitusiyasına düzəliş etmək hüququna məhəl qoyulmur, rədd edilir və hətta ləğv olunur. Texas ABŞ-dan ayrılmaq hüququnu özündə saxlayır və ştatın qanunverici orqanı buna uyğun olaraq referendum keçirməyə çağırmalıdır”, - deyə respublikaçıların qəbul etdiyi sənəddə “Dövlət suverenliyi” başlığı altında verilən müddəada bildirilib.

Bundan əlavə, başqa bölmədə respublikaçılar 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrini tanımaqdan imtina etdiklərini və buna görə də Co Baydenin hazırkı dövlət başçısı kimi səlahiyyətlərini tanımadıqlarını bildiriblər. “Biz 2020-ci il prezident seçkilərinin təsdiqlənmiş nəticələrini rədd edirik və hesab edirik ki, prezident səlahiyyətlərini icra edən Cozef Bayden Birləşmiş Ştatlar xalqı tərəfindən legitim şəkildə seçilməyib”, - deyə qətnamədə vurğulanıb.

Ümumiyyətlə, Texasın Birləşmiş Ştatlardan çıxması barədə söhbətlər heç vaxt səngiməyib, hərçənd onun ABŞ-dan ayrılması real görünmür.

Xatırladaq ki, hələ 1836-cı ildə Meksikadan ayrılmış Texas ştatı 1845-ci il dekabrın 29-dək ayrıca dövlət kimi mövcud olub və həmin gündən Amerikanın 28-ci ştatına çevrilib. Başqa ştatlarda da ABŞ-dan ayrılma hərəkatları mövcud olub. Məsələn, Alyaskanın Müstəqillik Partiyasının üzvləri də bu ştatın sakinlərinə ABŞ-dan ayrılmağa dair səsvermə keçirilməsi imkanı verilməsini istəmişdilər. Lakin bəzi qrupların istəklərinə baxmayaraq, həmin ştatlarda yaşayan sakinlərin əksəriyyəti ABŞ-dan ayrılmağı arzu etmirlər. Bir müddət əvvəl seçkilərin nəticələrindən narazı qalan Kaliforniya sakinləri də ABŞ-dan ayrılmaq istəyirdilər. Kaliforniya dünyada altıncı böyük iqtisadiyyata malik yerdir. Amma bu da olmadı.

Bəs Texas ABŞ-dan ayrıla bilərmi? Konstitusiyaya əsasən belə bir hüququ varmı?

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

 Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Birləşmiş Ştatlarda separatizmin dəstək alacağına inanmır. Onun sözlərinə görə, 19-cu əsrdə Amerikada bu səbəbdən vətəndaş müharibəsi olmuşdu: “Ona görə Texasın ayrılacağına şübhə ilə yanaşıram. Sadəcə, uğurlu ştatdır. Ola bilsin ki, yerli idarəçiliklə mərkəz arasında gərginlik və hakimiyyət bölgüsündə problemlər  mövcuddur. Çünki müxalifətdə olan Respublikaçılar Texasda hakimiyyətdədir və qanunvericiliyə yanaşmada hakimiyyətlə baxışları uzlaşmır”.

Fərhad Mehdiyev: “Valideynlərə tapşırıq verilib ki, gəlib Məlahət  İbrahimqızına səs versinlər" - Azinforum.az İnformasiya Portalı

Fərhad Mehdiyev

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə bildirdi ki, ştatların belə bir hüququ var, amma indiyə qədər belə presedent olmayıb: “Kaliforniyanın ayrılmaq istəyinin səbəbi var idi. Ştatın ümumdaxili məhsulu yüksəkdir. Onlar sual edirlər ki, büdcəyə verdiyimizlə aldığımız arasında kəskin fərq var, kasıb ştatları niyə saxlamalıyıq?! Amma digər bəzi ştatlarda marginal qruplar çağırış edirlər. Misal üçün, bəzi ştatlarda çağırışlar səslənir ki, marixuana leqallaşsın, daha sonra abortların qadağası, silaha yasaq qoyulmasında fikir ayrılığı yaranır. Bu məsələlər həmişə müzakirə olunur. Mühafizəkarlar aborta qadağa tələb edir, digərləri qarşı çıxırlar. Ona görə bu cür ayrılmaq istəkləri meydana çıxır. Lakin reallaşmır”.

Onu da deyək ki, Texas indiyədək beynəlxalq səviyyədə tanınmış və ABŞ-ın tərkibinə birbaşa ştat kimi qəbul edilmiş ilk və yeganə müstəqil dövlətdir. Ona özəl şəraitlər təklif edilib: birincisi, ştatın bütün torpaqları onun xalqına məxsusdur; ikincisi, Texas beş ştata bölünmək imkanını qabaqcadan şərt qoyub. Texas hansı yolu seçəcək - zaman göstərər.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR