İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilk dəfə UNO məsələsini ciddiyə alır? -Pentaqonda xüsusi bölmə quruldu

ABŞ Müdafiə Nazirliyi hər hansı anomal və naməlum hadisələrlə bağlı məlumatların toplanmasını genişləndirmək, həmçinin onları yenidən təhlil etmək niyyətindədir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə məlumat Pentaqonun saytında dərc olunub.

Bu ilin iyul ayında Pentaqonda "Bütün sahələrdə anomaliyaların həlli ofisi" (AARO) adlı bölmə yaradılıb. Yeni yaradılmış idarənin vəzifəsi milli təhlükəsizlik üçün gözlənilməz riskləri qiymətləndirməkdir. Bu yaxınlarda qurulan yeni bölmə artıq görülən işlər barədə hesabat da verib.

“Deutsche Welle” kanalının məlumatına görə, qurum rəhbərliyi Yer kürəsində yadplanetli həyatın izlərinin hələ tapılmadığını, lakin dərin araşdırmalar davam etdiyini bildirib.

Əvvəllər ABŞ ordusu yalnız havadakı anomaliyalar haqqında məlumat toplayırdı; Bu vəzifəyə dəniz aviasiyası nəzarət edirdi. Yeni şöbə yer səthində, quruda və suda da “qəribəlikləri” öyrənəcək. Departamentin direktoru, fizik Şon Kirkpatrikin sözlərinə görə, burada sırf elmi yanaşma tətbiq olunacaq.

ABŞ Müdafiə Nazirinin Kəşfiyyat və Təhlükəsizlik üzrə müavini Ronald Maltri anomal hadisələr mövzusuna ictimai marağın yüksək olmasını nəzərə alaraq AARO-nun işini şəffaf göstərməyə söz verib.

Qurum tərəfindən ötən il hazırlanan hesabatda 2004-cü ildən bu yana 140-dan çox "havadan naməlum fenomen" sənədləşdirildiyi qeyd olunub. Onların 80%-i müxtəlif cihazlarla qeydə alınıb.

AARO təxminən 400 fenomen haqqında məlumat toplayıb. Pentaqonun nümayəndələri bildiriblər ki, hazırda bunlara görə yerdən kənar həyatın mənşəyini güman etmək üçün heç bir əsas yoxdur, lakin bu hadisələrin hələ tam elmi izahı da mövcud deyil.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR