İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilk dəfə Rusiyaya qadın diplomatı səfir göndərir

ABŞ Konqresinin Senatı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiqləyib. Bununla da rəsmi Vaşinqton ilk dəfə olaraq Moskvadakı diplomatik korpusun rəhbəri vəzifəsinə qadın göndərir.

“Report” xəbər verir ki, səsvermə hələ də davam edir, lakin Treysi artıq 70-dən çox səs toplayıb. Bu, onun təyinatı üçün kifayətdir.

ABŞ prezidenti Cozef Bayden sentyabr ayında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə Treysinin namizədliyini irəli sürüb.

Noyabrın sonunda ABŞ Senatının Xarici Əlaqələr Komitəsində namizədliyinin təsdiqi ilə bağlı keçirilən dinləmədə Treysi Vaşinqtonun Moskvaya qarşı sanksiya kursu ilə razılaşdığını və anti-Rusiya məhdudiyyətlərinin daha da sərtləşdirilməsini dəstəklədiyini bildirib.

O, Rusiyada həbsdə olan amerikalıların azadlığa buraxılmasını prioritet hesab edəcəyini qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR