İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hərbi bazalarına HÜCUM - Yaralananların sayı AÇIQLANDI

Ötən həftə Amerikanın Suriya və İraqdakı hərbi bazalarına silsilə hücumlar nəticəsində 20-dən çox ABŞ hərbçisi yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə “NBC News” ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 18-də Suriyadakı Əl-Tanf bazasına PUA-ilə hücum edildiyi gün 20 ABŞ əsgəri yüngül yaralanıb.

Həmin gün İraqdakı Əl-Əsəd aviabazasına edilən hücumda isə 4 ABŞ hərbçisi yaralanıb. Bir mülki amerikalı podratçı ürək tutmasından ölüb.

Amerika hərbi bazalarına edilən hücumlara görə məsuliyyəti İraq İslami Müqaviməti üzvləri öz üzərinə götürüb. Onlar İsraillə müharibədə HƏMAS hərəkatının döyüşçülərini dəstəkləyir. Pentaqonun məlumatına görə, son bir həftə ərzində ABŞ-ın İraqdakı bazaları azı on, Suriyada isə üç dəfə hücuma məruz qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR