İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ generalı: Ukrayna yaxın gələcəkdə Rusiya ordusunu...

“Ukrayna qısa müddətdə Rusiya qoşunlarını çıxarmaq və bütün itirilmiş əraziləri geri almaq kimi hərbi məqsədinə nail ola bilməyəcək”.

“Report” xəbər verir ki, bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bəyan edib.

“Bu il qısa müddətdə bunun mümkün olduğunu düşünmürəm”, - deyə general bildirib.

Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin rəhbərinin müavini Viktoriya Nuland Krımda Rusiya hərbi obyektlərinin Ukrayna üçün qanuni hədəf olduğunu bildirmişdi. Bununla belə, o vurğulayıb ki, yarımada ilə əlaqə qurmazdan əvvəl Kiyev digər mühüm əraziləri qaytarmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR