İnsanlara hürriyət, millətlərə istiqlal!

Azyaşlı qızı məktəbdən qaçıran kişi SAXLANILDI

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B.-nin yeri müəyyən edilərək ailəsinə qaytarılıb.

Məlumata görə, 31 yaşlı O.Hüseynzadə adlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR