İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat hökumət başçısına Gəncə ilə bağlı müraciət etdi

Gəncə şəhərinin Şəmkir rayonu istiqamətində girişdə böyük xəstəxana kompleksi tikilib və lazımi tibbi avadanlıqlarla təciz edilib. Amma hələ də həmin müəssisə istifadəyə verilməyib.

Musavat.com xəbər verir ki, deputat Naqif Həmzəyev bunu hökumətin hesabatı barədə danışarkən Baş nazirə müraciətlə bildirib.

O qeyd edib ki, ötən il Gəncə şəhərində abadlıq və quruculuq işləri aparılıb. Şəhərin tarixi və mədəni irsinin qorunması ilə yanaşı, müasir infrastruktur layihələri həyata keçirilib:

“Gəncə şəhərindəki körpülərin, yolların bərpası, binaların dam örtüklərinin yenilənməsi, yeni parkların salınması və ictimai obyektlərin tikintisi şəhərin inkişafına mühüm töhfə verir. Bu işlər həmçinin şəhərin turizm potensialını artırır və əhalinin həyat şəraitini yaxşılaşdırır. Tezliklə yeni iş yerlərinin yaradılacağına da ümid edirik.

Ümumilikdə, 2024-cü il hökumətin sosial-iqtisadi inkişafı təmin etmək və əhalinin rifahını artırmaq istiqamətində uğurlu bir il olub”.

Naqif Həmzəyev faydalı hesab etdiyi bir məsələni də səsləndirib. Qeyd edib ki, onsuz da Gəncə şəhərində fəaliyyət göstərən tibbi müəssisələrdə sıxlıqdır:

“Çünki tək Gəncə deyil, Qərb regionunda yaşayan vətəndaşlarımız da bu xəstəxanaların xidmətlərindən istifadə edirlər.

Düşünürəm ki, qeyd etdiyim tbbi kompleksi istifadəyə verə bilsək, hətta onun bazasında Gəncə Dövlət Universitetinin tibb fakültəsini də aça bilərik. Bu məsələnin araşdırılması, dövlətimiz və vətəndaşlarımız üçün faydalı ola biləcək şəkildə reallaşmasına dəstək olmanızı xahiş edirəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR