İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kim Çen Inla dostluqdan danışdı

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətdə olduğunu bildirib.

Musavat.com xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte ilə görüş zamanı jurnalistlər Trampdan Kim Çen Inla münasibətləri bərpa etməyi planlaşdırıb-planlaşdırmadığını soruşublar.

Buna Tramp belə cavab verib:

“Mənim Kim Çen Inla əla münasibətim var və nə olacağını görəcəyik. Onun əlində nüvə silahı var”.

Donald Tramp Rusiya və Çinin nüvə arsenalları barədə də danışıb:

“Onların sayını azalda bilsək, bu, böyük nailiyyət olar. Bizim çoxlu silahlarımız var və gücümüz çox böyükdür”.

Ağ Evin sözçüsü Trampın KXDR ilə bağlı siyasətiylə əlaqədar bunları çatdırıb:

“Donald Tramp prezidentliyi dövründə Şimali Koreyanın tam nüvəsizləşdirilməsi siyasətini davam etdirəcək”.

Xatırladaq ki, Tramp andiçmə mərasimindən sonra Şimali Koreya lideri Kim Çen Inla əməkdaşlığı bərpa etməyi planlaşdırdığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR