İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir

Ukrayna istənilən vaxt mineral ehtiyatlara dair ABŞ ilə müqavilə imzalamağa hazırdır.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini - Ukraynanın ədliyyə naziri Olqa Stefanişina bildirib.

“Müqavilə hazırdır, mətnə ​​heç bir dəyişiklik edilmir. Danışıqlar bitib. Sadəcə, Amerika tərəfi indiki mərhələdə onu nə vaxt və hansı şərtlərlə imzalamaq istədiyinə qərar verməyib. Ukrayna istənilən vaxt imzalamağa hazırdır”, - o deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR