İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət katibinin köməkçisi: Ermənistan- Türkiyə dialoqunun regional stabilliyi artırmaq potensialı var

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi istiqamətində gedən danışıqların regional stabilliyi artırmaq potensialı var.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi doktor Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı deyib.

"Ermənistan və Türkiyə arasında münasibətlərin normallşması prosesi istiqamətində gedən danışıqların regional stabilliyi artırmaq, daha böyük iqtisadi inkişafa təkan vermək üçün potensialı var. Rusiyanın Ukraynada apardığı qəddar müharibə fonunda bu səylər indi daha çox vacibdir", - deyə ABŞ rəsmisi vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR