Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subramanyan Cayşankarla telefon danışığı aparıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Dövlət Departamentindən yayılan məlumata görə, tərəflər regionda təhlükəsizlik məsələlərini və terrorizmlə mübarizədə əməkdaşlığı müzakirə ediblər.
Rubio vurğulayıb ki, ABŞ Cənubi Asiyada təhlükəsizlik və sabitliyin təmin edilməsində Hindistanın etibarlı tərəfdaşı olaraq qalır. O, həmçinin Yeni Delhini ölkələr arasında gərginliyi azaltmaq və regionda sülhü möhkəmləndirmək üçün Pakistanla əlaqə saxlamağa çağırıb.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ