İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamentindən növbəti uydurma hesabat

Azər Hüseynov: “Fərdi demokratiyanın daxildə saat kimi işlədiyi ölkələr nə hikmətdirsə xaricdə insan haqlarını kütləvi pozurlar”

ABŞ Dövlət Departamenti 2023-cü il üzrə insan haqlarına dair hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində yenə qərəzli, düzgün olmayan mövqe əks olunub. ABŞ-ın bu cür hesabatları real vəziyyəti əks etdirməkdən çox digər ölkələrə təzyiq aləti kimi istifadə olunur. Ümumiyyətlə, ABŞ-ın hər il “insan haqlarına” dair hesabatı dünyada artıq ciddi qəbul olunmur. Çünki onun hazırlanması zamanı ikinci, ya da üçüncü dərəcəli ABŞ diplomatlarının ölkələrdə sosial mediada yayılan neqativ məlumatları toplayıb dəqiqləşdirmədən, peşəkar təhlil aparılmadan hesabata daxil edilir.

Musavat.com-a bu barədə fikirlərini bildirən siyasi şərhçi Azər Hüseynov deyib ki, Amerika və Avropanın hesabatları bir çox hallarda siyasi konyukturadan doğur:

WhatsApp Image 2024-04-25 at 13.59.01.jpeg (16 KB)

“Fərdi demokratiyanın daxildə saat kimi işlədiyi ölkələr nə hikmətdirsə, xaricdə insan haqlarını kütləvi pozurlar. Sizə bir misal verim. Rohinya müsəlmanlarını qıran Birma hərbi diktaturası vardı. Amerika onların hərbi müttəfiqi idi. Yeddi aydır Qəzzada uşaq, qadın, qoca demədən qeyri-hərbi hədəflər vurulur. İnsanlar acdır. Bunu edənlər Amerikanın müttəfiqidir deyə, bu ölkədə Fələstin xalqını dəstəkləyən tələbə və müəllimləri polis dərsdən aparır - qandallı halda. Müharibə əleyhdarı olan yəhudiləri belə etiraz aksiyalarında tuturlar. Əfqanıstan, İraq, on ildən artıq məhkəməsiz terror ittihamı ilə həbsdə tutulan sivil müsəlmanları görəsən kim hesabata salacaq?! İndi də çıxıb erməni "soyqırımı" deyirlər. Qərb çox qəribədir. Orada yaşayanlar daxildə çox demokratik olduğunu deyir. Amma həmin Qərb Afrikada, Yaxın Şərqdə istismarçıdır. Bu da çox işğalçı siyasətdir və mənzərəni böyük oxuya bilməyənlərdə özünə məhəbbət formalaşdırır. Bizim torpaqlar 30 il işğalda olanda hansı hesabatlar gördük ki? Dünya artıq bir qütblü istibdatdan yorulub. Dünyanın tarazlığa, ədalətə ehtiyacı var”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR