Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın “RİA Novosti”, RT və “Sputnik” kimi törəmə şirkətləri də daxil olmaqla “Russia Today” beynəlxalq media qrupuna qarşı sanksiyaları yalnız indi tətbiq etməsindən təəccübləndiyini bildirib.
Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, Kreml nümayəndəsi “RİA Novosti” ilə söhbətində deyib: “Düzü, təəccübləndim, düşündüm ki, siz uzun müddətdir ki, sanksiyalar altındasınız. Sual budur ki, niyə yalnız indi”.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, media qrupundan başqa, sanksiya altına düşənlər arasında ABŞ hakimiyyətinin Rusiya hökuməti adından dezinformasiya yaymaqda “mərkəzi fiqur” adlandırdığı RT-nin baş redaktoru Marqarita Simonyan da olub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sanksiyalara cavab olaraq bildirib ki, Rusiya Amerika hakimiyyətinin Rusiya mediasına qarşı hərəkətlərinə həm simmetrik, həm də asimmetrik cavab verə bilər. O, sanksiyaları və digər məhdudiyyətləri “əcinnə ovu”nun yeni versiyası kimi səciyyələndirib. Zaxarovanın sözlərinə görə, bu siyasətin məqsədi ABŞ-da və dünyada informasiya məkanını istənilən “yadfikililik”dən arındırmaqdır.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ