İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də təlim zamanı iki hərbi helikopter toqquşub

ABŞ ordusunun iki helikopteri təlim zamanı səmada toqquşub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat təlimlərin keçirildiyi hərbi bazanın feysbuk hesabında yayılıb.

Bildirilir ki, dünən yerli vaxtla saat 22:00-radələrində (Bakı vaxtı ilə 30 mart saat 06:00) Kentukki ştatında Fort-Kempbell hərbi bazasında 101-ci hava-desant diviziyasının iki helikopteri qəzaya uğrayıb. İnsident adi təlim missiyası zamanı baş verib. Ekipaj üzvləri iki “HH60 Black Hawk” helikopterində olublar.

Həlak olanlar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR