İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Ukraynaya ŞOK XƏBƏRDARLIQ: yazda...

ABŞ prezident administrasiyası Ukrayna hakimiyyətinə müharibənin dönüş nöqtəsinə gəlib çatdığı barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

ABŞ rəhbərliyinin fikrincə, Ukrayna ordusu Qərbdən böyük miqdarda hərbi yardım alarkən döyüş meydanında mümkün qədər çox uğur qazanmalıdır. Yanvarda Kiyevə səfər edən ABŞ rəsmiləri Ukrayna hakimiyyətinə qarşıdakı ayların kritik olacağını bildiriblər.

“Ukraynaya lazım olan müddət ərzində” dəstək vermək vədlərinə baxmayaraq, ABŞ rəsmiləri hesab edirlər ki, Qərbin Kiyevə son yardım paketi münaqişənin gedişatını dəyişmək üçün ən yaxşı şansdır. Çünki gələcəkdə vəziyyət o qədər də əlverişli olmaya bilər. Belə ki, hazırda Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar Ukraynaya dəstəyi azaltmağa hazırlaşırlar. Avropanın özündə də Ukraynaya silah tədarükünün əvvəlki səviyyədə qalıb-qalmayacağı aydın deyil.

““Nə qədər lazımdır” ifadəsi münaqişənin miqyasına aiddir. Bu, yardımın məbləğinə aid deyil”, - deyə həmsöhbətlərdən biri nəşrə bildirib.

Qəzet ABŞ hökumətinin yüksək rütbəli rəsmisindən sitat gətirib: “Biz onlara izah etməyə çalışırıq ki, qeyri-müəyyən müddətə hər şeyi edə bilmərik”.

Bu yay Ukrayna üçün hazırkı yardım paketi başa çatır və bundan sonra Kiyevə dəstək vermək çətinləşəcək. Bayden administrasiyası Konqreslə Ukraynaya daha 10 milyard dollarlıq birbaşa maliyyə yardımının ayrılması üzərində çalışır. Yeni paketin Rusiyanın işğalının ildönümündə elan ediləcəyi gözlənilir. ABŞ rəhbərliyinin fikrincə, Rusiya ordusunun yazda hücuma keçəcəyi gözlənilir. Lakin eyni vaxtda Ukrayna itirilmiş əraziləri geri qaytarmaq üçün əks-həmlə həyata keçirə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR