İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ: Rusiyanı tərk edin

ABŞ Rusiyadakı vətəndaşlarından dərhal Rusiyanı tərk etmələrini istəyib.

Musavat.com xəbər verir ki, ABŞ-ın Moskvadakı səfirliyi məlumat yayıb.

Səfirlik Rusiya-Ukrayna müharibəsinin gözlənilməz nəticələrini və Rusiya hüquq-mühafizə orqanları tərəfindən əsassız həbs və ya təzyiq riskini qeyd edib.

"Rusiyada yaşayan və ya bu ölkəyə səyahət edən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər".

Açıqlamada, həmçinin bildirilib ki, Rusiya təhlükəsizlik qüvvələri ABŞ vətəndaşlarını əsassız ittihamlarla həbs edib:

"ABŞ vətəndaşları Rusiyada saxlanıb və onlara təcavüz edilib. Rusiya onlara qarşı ədalətli və şəffaf rəftardan imtina edib, gizli məhkəmə prosesləri və mötəbər sübutlar təqdim etmədən onları mühakimə edib”.

Rusiya tərəfi isə ABŞ-ın belə xəbərdarlığı ilk dəfə etmədiyini xatırladıb.

Kremlin sözçüsü Dmitri Peskov son dövrdə sözügedən xəbərdarlıqların Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə səsləndirildiyini və buna görə də bunun yeni bir şey olmadığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR