İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan İrana TƏLƏB: "Bu, qəbuledilməzdir!"

ABŞ hakimiyyəti İranın MAQATE ilə əməkdaşlığı dayandırmasını qəbuledilməz hesab edir və ölkəni agentliklə işi bərpa etməyə çağırır.

Musavat.com xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Temmi Brüs brifinqdə açıqlayıb: "İranın kursunu dəyişmək, sülh və rifaha doğru irəliləmək imkanı olduğu bir vaxtda MAQATE ilə əməkdaşlığı dayandırmağı seçməsi qəbuledilməzdir. İran tam şəkildə və gecikmədən əməkdaşlığa qayıtmalıdır".

O qeyd edib ki, ABŞ-ın nöqteyi-nəzərindən İranın nüvə silahına sahib olması mümkün deyil, heç vaxt da olmayacaq.

Qeyd edək ki, bu gün İran prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb. Qanun xüsusilə, “nüvə sahəsində milli təhlükəsizlik təmin olunana qədər” MAQATE müfəttişlərinin İrana girişinə qadağa qoyulmasını nəzərdə tutur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR