Onlayn ictimai-siyasi qəzet
ABŞ Nümayəndələr Palatasının Erməni İşləri Komitəsinin həmsədri Frank Pallone və konqresmen Nikol Malliotakis “Dövlət və Xarici Əməliyyatlar Təxsisatı” adlı “FY25 SFOPS” qanun layihəsinə düzəliş təklif ediblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlar Avropa, Avrasiya və Mərkəzi Asiyaya federal yardım (AEECA) hesabı çərçivəsində Ermənistan Respublikası üçün maliyyənin 100 milyon dollara çıxarılmasını istəyiblər.
Amerika Erməni Assambleyası tərəfindən verilən məlumata görə, qanun qəbul edilərsə maliyyə vəsaiti Qarabağ ermənilərinə yardım göstərilməsinə yönəldiləcək.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ