İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dakı Rusiya səfirliyi rusofobiyadan və Ukrayna diasporundan gileylənir

Rusiyanın ABŞ-dakı səfirliyi bildirib ki, Amerika hakimiyyəti Ukrayna diasporunu xaricdəki Rusiya qurumlarına qarşı “təhqiredici hərəkətlər” etməyə sövq edir.

Musavat.com Rusiya mediasına istinadla bildirir ki, diplomatik nümayəndəlik qeyd edib ki, onlar ABŞ-da işləyən Rusiya vətəndaşlarının diplomatik vəzifələrini səmərəli şəkildə yerinə yetirməsinə mane olmağa çalışırlar.

Səfirlik açıqlamasında bildirib ki, ruslara qarşı bütün vasitələrdən istifadə olunur. Xüsusilə, diplomatlar şəxsi məişət problemlərini həll edərkən ukraynalılar təxribat törədirlər.

Diplomatik nümayəndəlik həmçinin vurğulayıb ki, rusiyalı diplomatlar ABŞ qanunlarına əməl edir və öz vətənlərinin milli maraqlarını müdafiə edir, rusofobların Rusiya-Amerika əlaqələrini tamamilə məhv etmək cəhdlərinin qarşısını almağa çalışırlar.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR