İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da silsilə qətllər törətməkdə şübhəli bilinən şəxs həbs edilib

Kaliforniyanın Stokton şəhərindən olan, silsilə qətllər törətməkdə şübhəli bilinən şəxs şənbə günü həbs edilib.

AZƏRTAC xəbər verir ki, Stokton şəhər polisinin nümayəndəsi bu barədə bazar günü açıqlama verib. O əlavə edib ki, polis cinayətkarın olduğu yeri müəyyən edəndə və onu həbs edəndə cani növbəti qurbanını “ovlamağa” hazırlaşırmış.

Stokton polis idarəsinin rəisi Stenlli Makfadden mətbuat konfransında deyib: “Biz əminik ki, daha bir qətlin qarşısını ala bilmişik”.

43 yaşlı Uesli Braun son bir neçə ay ərzində 21-54 yaşlarında bir neçə kişinin səbəbsiz qətlə yetirilməsi ilə əlaqədar həbs edilib. Polis bildirib ki, Braun sükan arxasında olarkən müşahidə qrupları onu təqib edib və şənbə gecəsi saat 2 radələrində onu saxlayıblar. Makfadden deyib: “Bizim müşahidə qrupumuz bu insanı sükan arxasında olarkən izləyirdi. Biz onun davranışını müşahidə edirdik və səhər tezdən bu nəticəyə gəldik ki, o, növbəti qətl missiyasını yerinə yetirməyə hazırlaşır”.

Polis rəisi daha sonra deyib: “Zabitlər Braunu saxlayarkən onun əynində tünd rəngli paltar, üzündə maska vardı. Həbs edilərkən Braunun əlində odlu silah vardı”.

Polisin sözlərinə görə, çərşənbə axşamı Braun məhkəmə qarşısında cavab verəcək və ona yeni ittihamlar təqdim ediləcəyi istisna olunmur.

San-Hoakin dairəsi üzrə məhkəmə-tibb ekspertizasının ofisi Braunun qurbanlarını tanıyıb: 35 yaşlı Pol You iyulun 8-də, 43 yaşlı Salvador Debudey avqustun 11-də, 21 yaşlı Conatan Ernandes Rodriges avqustun 30-da, 52 yaşlı Xuan Krus sentyabrın 21-də və 54 yaşlı Louerans Lopes sentyabrın 27-də qətlə yetirilib. Rəsmi şəxslərin sözlərinə görə, bu qətllərin şahidləri yoxdur. Bütün qətllər gecə vaxtı və ya səhər tezdən baş verib.

Polisin bu ayın əvvəlində verdiyi məlumata görə, 2021-ci il aprelin 16-da səhər saat 3:20-də Stoktonda 46 yaşlı qaradərili qadına atəş açılması da bu təhqiqatla bağlıdır. Atəş nəticəsində həmin qadın ciddi xəsarət alıb. Polis bildirib ki, qətllərin motivi məlum deyil, lakin belə hesab edirlər ki, bütün qətllər qəsdən törədilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR