İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da qlobal təbii fəlakətlərə qarşı mübarizədə irəliləyiş olduğu vurğulanıb

İqlim dəyişikliyi və yoxsulluqla mübarizə üzrə maliyyə paktı üzrə sammitin iştirakçıları danışıqlar zamanı bir sıra mühüm mövzuları müzakirə ediblər.

Musavat.com Bloomberg agentliyinə istnadla xəbər verir ki, əsas olanlar arasında təbii fəlakətlər zamanı yeni sığorta növlərinin genişləndirilməsi, eləcə də zərər çəkmiş ölkələrə kredit güzəştlərinin verilməsi imkanları var.

"Yamayka, Peru və Barbadosda fəlakət sığortasının yeni növləri artıq sınaqdan keçirilib. Bundan əlavə, forum iştirakçıları ekstremal hava şəraiti riskinə görə ən həssas vəziyyətdə olan ölkələrin kredit borclarının tənzimlənməsi üçün əlavə variantlar təqdim etmək niyyətlərini açıqlayıblar", - məqalədə qeyd olunur.

Daha sonra məqalədə qeyd olunur: “Müzakirə Yamayka və Peruda sınaqdan keçirilənlər kimi yeni fəlakət sığortası növlərinin genişləndirilməsinə və çətin dövrlərdə borc yığılmasının qarşısını almaq üçün ekstremal iqlim şəraitindən sonra borcun ödənilməsi üçün fasilələrin təmin edilməsinə yönəlib. Borcun ödənilməsində "pauza müddəaları" böyük fərq yarada bilər. Barbados ekstremal hava hadisələri ilə mübarizə aparmaq üçün öz vəzifəsinin bir hissəsi olaraq bu mövqeyi təmin etməyi bacarıb".

İyunun 22-də Fransa prezidenti Emmanuel Makron investorları qlobal iqlim dəyişikliyi ilə mübarizəyə daha çox pul yatırmağa çağırıb. Bu məsələdə özəl biznesin, suveren fondların, xeyriyyə təşkilatlarının nümayəndələri aparıcı rol oynamalıdırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR