İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da qarlı hava şəraiti bir neçə nəfərin ölümünə səbəb olub

ABŞ-da qarlı hava şəraiti bir neçə nəfərin ölümünə səbəb olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu mövsüm ABŞ-a yağan ilk qar ölkənin şimal hissəsində yerləşən Böyük Göllər ərazisində 3 nəfərin ölümü ilə nəticələnib.

Nyu-York ştatının qubernatoru Keti Hokul, sinoptiklərin bu mövsümün ilk qar yağışı barədə proqnozları ilə bağlı dəfələrlə səhv etdiyini söyləyib. O, vurğulayıb ki, yağıntının miqdarı proqnozlardakı miqdardan dəfələrlə çox olub.

Qeyd edilir ki, iki nəfərin ölümünə səbəb qarın təmizlənməsi zamanı ürəyin dayanması olub. Üçüncü şəxs qartəmizləyən maşının üzərinə yıxılaraq ölüb.

Ştatın milli qvardiyası, daxili qoşunların heyəti təbii hadisənin fəsadlarını aradan qaldırmaqla məşğuldur. Bundan əlavə, Hokul qarın fəsadlarını aradan qaldırmaq üçün federal maliyyə tələb edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR