İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da ömür uzunluğu 1996-cı ildən bəri ən aşağı səviyyəyə enib

ABŞ-da gözlənilən ömür uzunluğu 1996-cı ildən bəri ən aşağı səviyyəyə enib və koronavirus pandemiyası fonunda kəskin azalmaqda davam edir.

AZƏRTAC BBC News telekanalına istinadla xəbər verir ki, Birləşmiş Ştatlarda orta həyat uzunluğu hazırda 76,1 il təşkil edir. 2019-cu ildə bu göstərici 79 il idi. Bu, son yüz ildə ən kəskin ikiillik azalmadır. ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika üzrə mərkəzinin məlumatına əsasən, əsas amil COVID-19 olub. Statistika göstərir ki, 2020-2021-ci illərdə azalmanın 50 faizi, 2019-2020-ci illərdə isə 74 faizi pandemiyanın payına düşüb.

Gözlənilən orta həyat uzunluğunun azalması yerli amerikalılar və Alyaska sakinləri arasında xüsusən nəzərə çarpır. 2019-cu ildən bəri bu demoqrafik qrup arasında həyat uzunluğu 6,6 il azalıb ki, bu da bütövlükdə ABŞ əhalisinə nisbətdə iki dəfə çoxdur.

ABŞ inkişaf etmiş ölkələr arasında gözlənilən həyat uzunluğunun ən aşağı olduğu ölkələrdən biridir. Məsələn, Böyük Britaniyada həyat uzunluğu kişilər arasında 79 ilə, qadınlar arasında isə 83 ilə yaxındır.

Dünya Bankının son məlumatlarına əsasən, Honkonq və Yaponiya dünyada uzunömürlülük göstəricisinin ən yüksək səviyyəsinə malikdir – 85 ilə yaxın. Onların ardınca 84 illə Sinqapur gəlir. İsveçrə, Avstraliya, Norveçdə isə bu göstərici 83 il ətrafında dəyişir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR