Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın kommersiya neft ehtiyatları oktyabrın 6-da bitən həftə ərzində 10,18 milyon barel artıb.
Musavat.com ölkənin Energetika Nazirliyinin həftəlik hesabatına əsasən xəbər verir ki, neft ehtiyatı artsa da, benzin ehtiyatları 1,31 milyon barel, distillat ehtiyatları isə 1,84 milyon barel azalıb.
“Trading Economics” ekspertləri orta hesabla neft ehtiyatlarının 492 min barel artacağını, benzin ehtiyatlarının 800 min barel, distillat ehtiyatlarının isə 802 min barrel azalacağını proqnozlaşdırmışdılar.
NYMEX-də ticarət edilən neftin saxlandığı Kuşinq terminalındakı ehtiyatlar, bir həftə əvvəl 132 min barel artdıqdan sonra həftə ərzində 319 min barel azalıb.
Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının həcmindəki dəyişikliklər bir qayda olaraq, neft bazarında qiymətlərə təsir edir. Bu gün ehtiyatların artması xəbəri Brent markalı neftin qiymətininn 88 dollardan 85 dollara qədər azalmasına səbəb olub.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ