İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da fabrikdə partlayış olub, xəsarət alanlar var

ABŞ-ın Pensilvaniya ştatında “R.M. Palmer Company” şirkətinin şokolad fabrikində baş verən partlayış və daha sonra yanğın nəticəsində 6 nəfər xəsarət alıb.

"Report" NBC 10-a istinadən xəbər verir ki, fabrikdə insident yerli vaxtla təxminən saat 17:00-da (Bakı vaxtı ilə saat 01:00 - red.) qeydə alınıb. Hazırda yanğınsöndürənlər hadisənin fəsadlarını aradan qaldırmağa davam edir.

Eyni zamanda, şəhər xəstəxanası altı nəfərin təcili yardım nəticəsində xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR