İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da dağıdıcı tornado - azı 26 nəfər ölüb

ABŞ-ın Missisipi və Alabama ştatlarında dağıdıcı tornado nəticəsində azı 26 nəfər ölüb.

Musavat.com xaici mediaya istinadla xbər verir ki, bu ştatlarda küləyin sürəti saatda 129 kilometrə çatıb, əraziyə yağış və böyük dolu düşüb. Yüzlərlə bina dağılıb, minlərlə ev işıqsız qalıb.

Missisipi qubernatoru Teyt Rivz fövqəladə vəziyyət elan edib. O, həmçinin ABŞ prezidenti Co Bayden ilə danışıb, dövlət başçısı fırtınadan sonra şatatlara kömək üçün fövqəladə hallara cavab verən heyət və resurslar göndərib.

Milli meteoroloji xidmətin məlumatına görə, zərərə çəkmiş ərazilərdə əlverişsiz hava şəraiti şənbə günü axşam saatlarına qədər davam edib. Bu gün də leysan və tufan müşahidə oluna bilər.

Ümumilikdə, tornado təxminən 250 kilometr uzanıb və bir saatdan çox davam edib. Şənbə günü günortadan sonra Missisipi, Alabama və Tennessi ştatlarında 40,000-dən çox abonent elektriksiz qalıb.

Ötən ilin oktyabr ayında ABŞ-ın Florida ştatını vuran "İan" qasırğası da ən azı 77 nəfərin həyatına son qoymuşdu.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR