İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da bir qallon benzinin qiyməti 4,50 dollara düşüb

ABŞ Avtomobil Assosiasiyasının məlumatına görə, iyulun 19-da ölkənin bütün ərazisində benzinin orta qiyməti may ayının ortalarından bəri ilk dəfə bir qallon üçün 4,50 dollardan aşağı olub.

AZƏRTAC xəbər verir ki, beləliklə benzinin orta qiyməti keçən ay pik həddinə - 1 qallon üçün 5,01 dollara çatandan sonra 10 faizdən çox ucuzlaşıb.

Benzinin orta qiymətinin ən yüksək olduğu Kaliforniya ştatında 1 qallon benzinin qiyməti 5,87 dollardır. Hərçənd, son bir ayda həmin qiymət 8 faizdən çox azalıb.

Benzinin orta qiymətinin ən aşağı olduğu Cənubi Kaliforniya ştatında isə 1 qallon benzinin dəyəri 3,99 dollardır.

Ekspertlər bildirirlər ki, yay fəslində qiymətlərin artması turizm bumu ilə bağlı olub. Bu vəziyyətdə ölkə yollarında avtomobillərdən daha çox istifadə etməyə başlayıblar.

Bundan əlavə, Ukraynada davam edən münaqişə də dünya enerji bazarında xam neftin qıtlığına şərait yaradıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR